Tayson Fyuri boksçu karyerasının sonunu açıqladı

13.01.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Peşəkar boks üzrə ağır çəkidə sabiq dünya çempionu Tayson Fyuri karyerasının sonunu açıqlayıb. 

QOL.az xəbər verir ki, bu barədə idmançı öz sosial şəbəkələrində paylaşım edib. O, boksçu karyerasının hər dəqiqəsindən zövq aldığını bildirib. 

Qeyd edək ki, Taysonu Fyuri son iki döyüşünü WBC, WBA и WBO titulların hazırkı sahibi ukraynalı Aleksandr Usikə qarşı keçirib. O, hər iki döyüşdə məğlubiyyətlə üzləşib. Fyuri əvvəlcə 2024-cü ilin mayında 12 raunddan sonra qələbəni əldən verib. O, daha sonra həmin ilin dekabr ayında revanş döyüşündə məğlub olub. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью