Tayson Fyuri rinqə geri dönür

03.07.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Britaniyalı boksçu Tayson Fyuri karyerasını bərpa edəcək.

İdman.biz xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Əyləncələr Departamentinin rəhbəri Turki Al Aş-Şeyx açıqlama verib.

Onun sözlərinə görə, WBC, WBO, IBO, WBA Super, The Ring, IBF versiyaları üzrə super ağır çəkidə keçmiş dünya çempionu 2026-cı ildə rinqə dönəcək. Turki Al Aş-Şeyx bununla bağlı sosial şəbəkə hesabında yazıb: "Qaraçı Kralı geri qayıdacaq! Mən Taysonla danışdım və o, 2026-cı ildə Ər-Riyadda döyüşəcəyinə söz verdi. Səbirsizliklə gözləyəcəyimiz bir şey var".

Qeyd edək ki, Fyuri bu ilin yanvarında peşəkar karyerasını bitirib. O, ötən il dekabrın 22-də məğlubedilməz Aleksandr Usikə uduzub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью