Tayson Pol döyüşü ən çox izlənilən idman hadisəsi OLDU

20.11.2024

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 15-dən 16-na keçən gecə keçmiş dünya çempionu Mayk Tayson boksçu-videobloger Ceyk Pol ilə qarşılaşıb.
Bizim.Media xəbər verir ki, bu döyüş ən çox izlənilən idman hadisəsi olub. 
 

Sözügedən qarşılaşmanı televiziya vasitəsilə 108 milyondan çox insan izləyib. ABŞ-da 38 milyon izləyici boks gecəsinə maraq göstərib. Ölkədə televiziyaya baxanların 56 faizi Tayson ilə Polun görüşünü izlədiyi də bildirilir.


Qeyd edək ki, görüş 8 raunddan ibarət olub. Döyüşdə Ceyk Pol 79 - 73 hesabı ilə qələbə qazanıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью