Tayson Pol döyüşü ən çox izləninən idman hadisəsi oldu

20.11.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 15-dən 16-na keçən gecə keçmiş dünya çempionu Mayk Tayson boksçu-videobloger Ceyk Pol ilə qarşılaşıb.

QOL.az xəbər verir ki, bu döyüş ən çox izlənilən idman hadisəsi olub. 

Sözügedən qarşılaşmanı televiziya vasitəsilə 108 milyondan çox insan izləyib. ABŞ-da 38 milyon izləyici boks gecəsinə maraq göstərib. Ölkədə televiziyaya baxanların 56 faizi Tayson ilə Polun görüşünü izlədiyi də bildirilir.

Qeyd edək ki, görüş 8 raunddan ibarət olub. Döyüşdə Ceyk Pol 79 - 73 hesabı ilə qələbə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью