Tayson Pol döyüşündə qalib kim oldu? Şəkillər

16.11.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 15-dən 16-na keçən gecə Arlinqtonda (ABŞ, Texas) super ağırçəkili boksçular arasında rəsmi döyüş keçirilib. 

QOL.az-ın xəbərinə görə, boks dünyasının uzun müddətdir gözlədiyi görüşdə rinqə "Dəmir Mayk" ləqəbl keçmiş dünya çempionu əfsanəvi Mayk Tayson (58 yaş) və 27 yaşlı boksçu-videobloger Ceyk Pol çıxıblar. 

Görüş 8 raunddan ibarət olub. Döyüşdə Ceyk Pol 79 - 73 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Mayk Tayson bunadək peşəkar boskda 58 döyüş keçirmişdi, 50-də qələbə qazanmışdı (44-nü nokautla), 6-da uduzmuşdu. 2 döyüşdə isə qalib müəyyənləşməyib.

Ceyk Pol üçün isə bu, 12-ci döyüş olub. O, daha əvvəl keçirdiyi 10 döyüşdə qalib gəlib, 1-də məğlub olub.

Boksçular nə qədər qazanacaq?

Xarici medianın yazdığına görə, bu döyüş üçün Ceyk Pol 40 milyon dollar, Mayk Tayson isə 20 milyon dollar qazanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью