Tayson Usikə ağlasığmaz təklif hazırlayır

09.09.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağır çəkidə keçmiş dünya çempionu Tayson Fyuri (35-2-1, 24 nokaut) keçmiş şəksiz dünya çempionu Aleksandr Usik (25-0, 16 nokaut) üçün imtina edə bilməyəcəyi bir təklif hazırlayacağını bildirib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Tayson bu barədə İnstaqram hesabında yazıb.

“Aleksey, bilirəm ki, noyabr ayında məşğul olduğunu demişdin, amma mən komandamla oturub noyabr ayı üçün sənə sadəcə rədd edə bilməyəcəyin ağlasığmaz bir təklif hazırlayacağam.

Çünki biz bunu edirik – işlərimizi görürük. Tezliklə görüşənədək, qardaş. Üç dəfə! Davam edək! Aleksandr Usik! Əsl kişidir. Hörmətlə”, – Fyuri deyib.

Bir gün əvvəl Fyuri potensial döyüşün posterini dərc etmiş və trilogiyanın artıq hazırlandığını bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью