Tayson və Pol boksdan uzaqlaşdırıldı

17.11.2024

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ceyk Pol və Mayk Tayson baş-başa döyüşdən sonra boksdan xaric edilib.

Publika.az xəbər verir ki, bu barədə “Bloody Elbow” məlumat yayıb.

Onların döyüşü Texas Lisenziyalaşdırma Departamentinin himayəsi altında baş tutub. Göstərişə əsasən, döyüşdən sonra tibbi cəzanın minimum müddəti hər raundda 3 gün hesablanır. Tayson və Pol 8 raund döyüşdükləri üçün ən azı 24 gün rinqdən kənarda qalacaqlar.

Qeyd edək ki, 58 yaşlı Mayk Taysonun bu qədər tez döyüşmək fikri yoxdur. Lakin o, növbəti görüşünü 2025-ci ildə keçirmək istədiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью