TaysonPol döyüşünün qalibi bəlli oldu

16.11.2024

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya boksunun canlı əfsanəsi Mayk Tayson tanınmış bloger Ceyk Pola məğlub olub.

Axar.az xəbər verir ki, C.Pol Texas ştatının Arlinqton şəhərindəki AT&T arenada təşkil olunan peşəkar boks gecəsində hakimlərin yekdil qərarı ilə qalib elan olunub - 79:73.

Qarşılaşma 8 raunddan ibarət olub.

Qeyd edək ki, 58 yaşlı Tayson peşəkar karyerası ərzində 57 döyüş keçirib, bunların 50-də qələbə qazanıb, 7-də isə məğlub olub. O, peşəkar karyerasını 2005-ci ildə başa vurmuşdu.

Ceyk Pol isə peşəkar rinqdə keçirdiyi 11 döyüşün 10-da qələbə qazanıb, 1-də məğlub olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью