Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məşhur yutuber və boksçu Ceyk Pol Mayk Taysona qarşı keçirdiyi görüşdən sonra yeni qarşılaşma ilə gündəmdədir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sosial media fenomeni ISoeSpeed Ceyk Pola rinqə çıxmağı təklif edib.
Əsl adı Darren Uatkins olan sosial media fenomeni ISoeSpeed, 6 aylıq məşqlə Ceyk Polu məğlub edə biləcəyini deyib.
"Əgər altı ay məşq etsəm, bu dünyadakı bütün canavarlara qalib gələ bilərəm", - o bildirib.
Ceyk Polun meneceri məşhur yutuberə IShowSpeed-in təklifi müqabilində ümumilikdə 20 milyon dollar qonorar vəd edib.
Təklif qəbul olunarsa, iki fenomenin rinqə çıxacağı gözlənilir. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.