Taysonu uddu, indi də cazibədar dünya çempionu ilə nişanlandı FOTOlar

25.03.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"YouTube" və boks ulduzu Ceyk Pol dünya çempionu, konkisürən Cutta Leerdamla rəsmən nişanlanıb.

Milli.Az xəbər verir ki, blogger sosial şəbəkədə şad xəbəri romantik fotolarla izləyiciləri ilə bölüşüb. "Biz nişanlıyıq! Əbədi olaraq birlikdə olmaq arzusu ilə" - deyə Pol yazıb.

Cütlüyün pərəstişkarları və məşhur dostları şərhlərdə onları təbrik edib. "İnstaqram"da 28 milyon izləyicisi olan Ceykin paylaşımı yüz minlərlə bəyənmə toplayıb.

Xatırladaq ki, cütlük İnstaqram vasitəsilə tanış olub. Onların münasibətləri 2023-cü ilin aprelində ictimaiyyətə məlum olub. /Publika.az 

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью