Tayvan ABŞ dən Hava Hücumundan Müdafiə kompleksləri alacaq

11.02.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tayvan ABŞ-dən 761 milyon dollar məbləğində NASAMS Hava Hücumundan Müdafiə (HHM) kompleksləri alacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Taipei Times” qəzeti adanın müdafiə idarəsinə istinadən yazır.

"Tayvan adanın şimalında hava hücumundan müdafiə imkanlarını dəstəkləməklə üçün üç NASAMS raket kompleksinin alınmasına dair ABŞ ilə 24,99 milyard yeni Tayvan dolları (761 milyon dollar) məbləğində müqavilə imzalayıb", - qəzet qeyd edib.

Tədarüklər 31 dekabr 2030-cu il tarixinədək həyata keçirilməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью