Tayvan müdafiəyə rekord həcmdə pul ayıracaq: 31,4 milyard dollar

17.08.2026

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Tayvanın prezidenti Uilyam Lay bildirib ki, 2027-ci ildə adanın hərbi büdcəsi tarixdə ilk dəfə 1 trilyon Tayvan dollarını (31,4 milyard dollar) keçəcək.

Qayanrinfo xəbər verir ki, siyasətçinin sözlərinə görə, "Tayvan öz müdafiəsini gücləndirmək əzmindədir".

Nazirlər Kabineti avqustun 20-də hərbi xərclər də daxil olmaqla, növbəti ilin büdcəsini təqdim edəcək. Lakin Lay artıq bu gün mediada yayılan məlumatları təsdiqləyərək bildirib ki, 2027-ci il üçün ümumi müdafiə büdcəsi ilk dəfə 1 trilyon Tayvan dollarını ötəcək. Bu məbləğ Tayvanın ÜDM-nin təxminən 3 faizinə bərabər olacaq.

Tayvan prezidentinin açıqlaması adanın Çinlə münasibətlərində gərginliyin artdığı bir vaxta təsadüf edib. Çin Tayvanı öz ərazisi hesab edir.

Bəzi KİV-lərin qiymətləndirməsinə görə, son bir neçə ildə Çin Tayvanın qətiyyətlə rədd etdiyi ərazi iddialarını möhkəmləndirmək məqsədilə hərbi və siyasi təzyiqi artırır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью