Tayvan sahillərində 5,6 maqnitudalı zəlzələ olub

01.11.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Tayvanın şimal-şərq sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Tavan Mərkəzi Meteorologiya İdarəsi (CWA) məlumat yayıb.

Yeraltı təkanların episentri dənizdə, İlan şəhərindən 39,4 kilometr şərqdə yerləşib. Ən güclü təkanlar İlan və Hualyan rayonlarının bir neçə ərazisində hiss olunub.

Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.

Son günlər Tayvanın şərqində qeydə alınan ilk yeraltı təkanlar bunlar deyil. Oktyabrın 24-nə keçən gecə həmin ərazidə 10 dəqiqə fasilə ilə 5,0 və 4,8 maqnitudalı iki zəlzələ baş verib.

Həmin zəlzələlərin episentrləri dənizdə, Hualyan şəhərindən müvafiq olaraq 31,2 və 30,4 kilometr şərqdə yerləşib, dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью