Tayvanda adanın səmasında 2 rus hərbi təyyarəsi görülüb

17.11.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tayvan ordusu adanın şərq sahilləri yaxınlığında uçan iki Rusiya hərbi təyyarəsini yaxından izlədiyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya təyyarələri günün birinci yarısında adaya şimal-şərq istiqamətindən yaxınlaşarkən aşkarlanıb. Daha sonra şərq sahili boyunca hərəkət edən təyyarələr Taytunq qraflığının cənub-şərqinə doğru istiqamət alıb.


Nazirliyin açıqlamasında qeyd olunub ki, silahlı qüvvələr təyyarələri bütün marşrut boyu nəzarətdə saxlamaq üçün birgə kəşfiyyat və müşahidə imkanlarından istifadə edərək müvafiq reaksiya verib. Rəsmi məlumatda Rusiya təyyarələrinin konkret modeli və Tayvan qırıcılarının havaya qalxıb-qalxmadığı açıqlanmayıb.

Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti ərəfəsində baş verən bu hadisə Moskvanın regiondakı hərbi aviasiya fəallığının artdığı bir vaxta təsadüf edir və həmin gün Yaponiya Rusiyaya məxsus iki təyyarəni hava məkanını pozmaqda ittiham edib, Cənubi Koreya isə Rusiya hərbi təyyarələrinin ölkənin hava hücumundan müdafiə zonasına daxil olduğunu bildirib. Hər iki ölkə hadisəyə cavab olaraq qırıcı təyyarələrini havaya qaldırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью