Tayvanda güclü partlayış Ölənlər var (VİDEO)

13.02.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tayvanın qərbindəki Tayçunq şəhərində restoranların birində güclü partlayış baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə nəticəsində ən azı 5 nəfər ölüb, 10-a yaxın insan yaralanıb. 

İlkin məlumatlara görə, partlayış Şin Konq Mitsukoşi kompleksinin 12-ci mərtəbəsində restoranda qaz balonunun dəyişdirilməsi zamanı baş verib. Lakin polis qeyd edir ki, partlayışın səbəbi hələ də araşdırılır. Hadisə yerində xilasetmə işləri davam edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью