Tayvanda mağazada yanğın 4 nəfər həlak oldu

05.10.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tayvanda tikinti materialları mağazasında yanğın baş verib.

525.az xəbər verir ki, bu barədə yerli CNA agentliyi məlumat yayıb.

Yanğın Yilan əyalətinin Yuanşan bölgəsindəki tikinti materialları mağazasında başlayıb. Sahibi tərəfindən qismən yaşayış yeri kimi istifadə edilən mağazada baş verən yanğında dörd nəfər ölüb.

Yanğınsöndürənlər yalnız Yu soyadlı mağaza sahibini və onun anasını xilas ediblər. Sonradan Yunun atasının, həyat yoldaşının və iki uşağının cəsədləri aşkarlanıb.

Yanğının səbəbi araşdırılır.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью