Tayvanda ticarət mərkəzində partlayış: 5 ölü, 7 yaralı var

13.02.2025

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Tayvanın Tayçunq şəhərində təmir işləri aparılan "Şin Konq Mitsukoşi" ticarət mərkəzinin 12-ci mərtəbəsində şiddətli partlayış baş verib.

AZXEBER.COM xarici mətbuatına istinadən xəbər veirr ki, əraziyə polis, təcili yardım və yanğınsöndürənlər göndərilib.

Yanğınsöndürmə idarəsindən verilən açıqlamada 5 nəfərin həyatını itirdiyi, 7 nəfərin yaralandığı bildirilib.

Partlayışın restoranda qaz sızması nəticəsində baş verdiyi açıqlanıb.

Tayvan lideri Lai Çinq-te partlayışın səbəbini tez bir zamanda araşdırmağa çağırıb.

Partlayış zamanı şüşələrin sınması səbəbindən əsas yol nəqliyyatın hərəkətinə bağlanıb, hadisə ilə bağlı araşdırma başlanıb.

Gülay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью