Tbilisi aeroportu tarixə qovuşur

26.01.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni aeroport istismara verildikdən sonra hazırki Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportu fəaliyyətini dayandıracaq. 

Avtosfer.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın iqtisadiyyat naziri Tamar İoseiani bildirib.

Nazir bildirib ki, hazırki aeroport artıq artan tələblərə cavab vermir.  Vazianidə inşa edilən aeroport 2031-ci ildə hazır olacaq. Onun buraxılış qabiliyyəti indiki aeroportun 4 qatı olacaq. İldə 20 milyon sərnişinə xidmət göstərmək mümkün olacaq. Yeni aeroport regional hab rolunu oynayacaq.

Vüqar

Oxunub 14

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью