Tbilisi Bakı qatarı yenə gecikdi İşıq əngəl oldu

05.08.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün saat 21-də hərəkətə başlamalı olan Tbilisi-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, buna səbəb Tbilisi Dəmiryol Vağzalında elektrik enerjisi təchizatında problem yaranması olub.

Bundan bir neçə gün əvvəl də Gürcüstanda elektrik enerjisi böhranı səbəbindən Bakı-Tbilisi qatarı Tbilisi Dəmiryol Vağzalına 2 saat 30 dəqiqə gecikmə ilə çatmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью