Tbilisi Bakı reysinin gecikmə SƏBƏBİ AÇIQLANDI

18.02.2025

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinindən Bizim.Media-ya verilən məlumata görə, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.
Yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
AZAL üçün uçuşların təhlükəsizliyi bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью