Tbilisi Dövlət Universitetinin yaxınlığında mitinq dağıdılıb | Icma.az
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gürcüstanda xüsusi təyinatlılar dekabrın 3-nə keçən gecə Tbilisi Dövlət Universitetinin yaxınlığında toplaşan nümayişçiləri dağıtmağa başlayıb.
RİA Novosti xəbər verir ki, təhlükəsizlik qüvvələri su şırnaqlarından istifadə edib. Müxalifət tərəfdarları küçədə od yandırıblar.
Dekabrın 2-də axşam ölkə parlamenti yaxınlığında müxalifətin növbəti mitinqi başlayıb, lakin etirazçılar sürətlə Rustaveli prospekti ilə daha da sıxışdırılıblar.
Nümayişçilər oradan dövlət universitetinə doğru yollanıblar.
Cavid Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu