Tbilisi erməni yüklərinin qarşısının alınması iddialarını rədd edib | Icma.az
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir. Tbilisi erməni yüklərinin qarşısının alınması iddialarını rədd edib Rəsmi Tbilisi Erm
Oxuməni.az xəbər verir ki, bu barədə “Ngnewsgeorgia” məlumat yayıb.
Gürcüstan Maliyyə Nazirliyinin Gürcüstan Gəlirlər Xidməti bəyan edib ki, beynəlxalq daşımaların həcminin artması nəzərə alınmaqla bütün gömrük prosedurları aktiv rejimdə həyata keçirilir.
Bütün keçid məntəqələrində işçilər nəqliyyatın fasiləsizliyini təmin etmək üçün gecə-gündüz işləyirlər.
Xüsusilə, əvvəllər “qısamüddətli nəqliyyatın ləngiməsi”nin müşahidə olunduğu “Kazbegi” keçid məntəqəsində vəziyyət tamamilə normallaşdırılıb.
Bundan əvvəl KİV-lər Rusiyadan Gürcüstan ərazisindən maye qaz tranzitinin müvəqqəti dayandırılmasından sonra Ermənistanda yanacağın qiymətinin təxminən 40% bahalaşdığı barədə məlumat yaymışdı.
Bundan əvvəl Rusiyaya gedən erməni konyak yüklərinin gecikməsi ilə bağlı problem yaranmışdı.
İyulun 15-də Ermənistan hakimiyyəti qaz tranziti ilə bağlı problemin həll olunduğunu bildirib.
Tam oxu
Xəbəri oxu