Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstan İqtisadiyyat Nazirliyinin Gürcüstan departamentinin rəhbəri Levan Davitaşvili ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında keçirilən görüşün yekunlarına görə, Gürcüstan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin açılışı 2025-ci il mayın 1-nə planlaşdırılır.
Bizimyol.info xəbər verir ki, Tbilisi ilə Bakı arasında sərnişin daşımalarının bərpası barədə yanvarın əvvəlində mətbuat məlumat yayıb.
Daşıma İsveçrənin “Stadler” şirkətinin qatarları ilə həyata keçiriləcək.
Gürcüstan İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Gürcüstan və Azərbaycan arasında bu il mayın 1-dən başlayacaq sərnişin dəmir yolu əlaqəsinin açılması məsələsi xüsusi diqqət mərkəzindədir.
"Sərnişin dəmir yolu daşımaları turizmimiz üçün çox vacibdir.
Azərbaycanlı həmkarımızla görüşdə cari il üçün daşıma proqnozunu da müzakirə etdik.
Təbii ki, planlarımızı və baxışlarımızı bölüşmək çox vacib idi ki, maksimum koordinasiya ilə regionda və beynəlxalq miqyasda rəqabətədavamlı olaq", - deyə Davitaşvili bildirib.