Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Gürcüstan Ermənistanın Avropa İttifaqı və ABŞ ilə tərəfdaşlığının möhkəmlənməsini və dərinləşməsini alqışlayır”.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
O hesab edir ki, bu, bütün regiona fayda gətirəcək.
“Qonşu ölkənin tərəfdaşlarımızla əlaqələrinin bu istiqamətdə inkişaf etməsindən məmnunuq”, - XİN başçısı qeyd edib.