Tbilisi məhkəməsi müxalifət lideri Aleko Elisaşvili barədə həbs qərarı verib

06.12.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tbilisi məhkəməsi müxalif “Güclü Gürcüstan” partiyasının lideri Aleko Elisaşvili barədə həbs qərarı verib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Prokurorun versiyasına görə, o, Azərbaycanlıların Gürcüstandakı Milli Konqresinin sədri və “Gürcü Arzusu” partiyasının üzvü Əli Babayevi siyasi fəaliyyəti ilə bağlı həm sözlü, həm də fiziki olaraq təhqir edib.

Prokuror Elisaşvilinin azadlığa buraxıldığı təqdirdə yenidən cinayət törədə və şahidlərə təsir edə biləcəyini istisna etməyib.

Həbs olunan şəxsin vəkili isə iddia edib ki, əslində, Əli Babayev Elisaşvilini siyasi motivlərlə təhqir edib və onu dəmir çubuqla vurmağa cəhd edib.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью