Tbilisi məhkəməsindən azərbaycanlı ilə bağlı QƏRAR

02.09.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tbilisi şəhər Məhkəməsi biri azərbaycanlı olmaqla, avropayönlü etirazların iştirakçılarına hökm çıxarıb.

"Cebheinfo.az" xəbər verir ki, onlar qrup şəklində zorakılıqda ittiham olunsalar da, sonradan ittihamları qismən dəyişdirilib. Daha sonra onlar Cinayət Məcəlləsinin 226-cı – "İctimai asayişin qrup halında pozulması, yaxud onda iştirak" maddəsi ilə təqsirli biliniblər.

Üç nəfər 2 il 6 ay, 5 nəfər isə 2 il müddətinə azadlıqdan məhrum edilib. 2 il müddətinə həbs olunanların sırasında azərbaycanlı İnsaf Əliyev də var. O, Gürcüstanın Qardabani rayonu Qaracalar kəndindəndir. 

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью