Tbilisi meri: Azərbaycanla münasibətlər Gürcüstan üçün çox vacib əhəmiyyət daşıyır

06.04.2026

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. İki ölkə arasında münasibətlər çox vacibdir. Dostluq və xeyirxah münasibətlər illərdir mövcuddur.

Bunu Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının Baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Gürcüstana səfəri Yaxın Şərqdəki mürəkkəb vəziyyət və dünyanın üzləşdiyi çətinliklər fonunda çox vacibdir.

"Regionda sülhün qorunub saxlanılması çox mühüm əhəmiyyət kəsb edir, ölkədə də sülhün olması çox önəmlidir. Əlbəttə ki, biz mövcud olan bu dostluq münasibətlərini və strateji tərəfdaşlığı alqışlayırıq", - Kaladze əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью