Tbilisi Moskva təyyarəsi Mineralnı Vodıya texniki eniş edib

30.01.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azimut" aviaşirkətinin Tbilisi-Moskva reysini həyata keçirən təyyarəsi texniki səbəbdən Mineralnıye Vodıda ehtiyat aerodromuna eniş edib.

Moderator.az Rusiya KİV-inə istinadən xəbər verir, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, eniş uğurla həyata keçirilib, sərnişinlər ehtiyat təyyarə ilə Moskvaya yollanacaqlar.

"Sərnişinləri Mineralnıye Vodıdan Moskvaya çatdıracaq "Azimut" aviaşirkətinin ehtiyat təyyarəsi uçuşa hazırlaşır", - mətbuat relizində bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью