Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tbilisi, 11 fevral, AZƏRTAC
Fevralın 11-də Gürcüstanda, Tbilisi-Rustavi avtomobil magistralında ağır yol–nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Magistralda avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb.
Qəza minik avtomobilinin sürücüsü ötmə hərəkətləri edərkən baş verib. Belə ki, bu zaman sürücü idarəetməni itiririb və avtomobil yük maşınına çırpılıb.
Faktla bağlı araşdırma aparılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi