Tbilisi və Vaşinqton arasında gərginlik artmaqdadır ŞƏRH | Icma.az
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin səssizliyi diplomatik pauza deyil, siyasi xəbərdarlıq kimi oxunacaqGürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ-nin ölkəsi ilə münasibətləri normallaşdırması istiqamətində addım atmamasını "təəccüblü" adlandırıb.
O, Prezident Donald Tramp ilə hakim "Gürcü Arzusu" Partiyasının dəyərlərinin tam uyğun olduğunu söyləyib.
Kobaxidze qeyd edib ki, münasibətlərin bərpasının daha da uzanması "dərin dövlət"in qələbəsinə gətirib çıxara bilər.
Kobaxidzenin fikrincə, "dərin dövlət" hazırda ABŞ Dövlət Departamenti üzərində böyük təsirə malikdir: "Gəlin səbirli olaq və görək, sonda kim qalib gələcək.
Əsas odur ki, bizim bəyanatımıza cavab olaraq yeni administrasiyanın konkret addımlarını görək.
Biz keçmişi, inqilabın təşviqini, USAID-i, NED-i, bütün bu məsələləri unuda bilərik.
Təmiz səhifə və konkret istiqamətlərlə ABŞ və Gürcüstan tərəflərinin maraqlarına uyğun istənilən məsələni müzakirə etməyə, bütün bunları yeni razılaşmada əks etdirməyə də hazırıq".
Tam oxu
Xəbəri oxu