Tbilisi yaxınlığında zəlzələ oldu

13.08.2025

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstanın Tsalka şəhərindən (Kvemo Kartli bölgəsi) 3 km və Tbilisidən 37 km məsafədə yerli vaxtla saat 10:08-də 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Seysmoloji Monitorinq Mərkəzindən bildirilib.

Zəlzələ ocağı 10 km dərinlikdə, episentri isə Kvemo Xaraba kəndindən 1 km məsafədə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью