Tbilisidə aksiya iştirakçıları saxlanıldı

29.12.2024

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstanda polis Gürcüstan parlamentinin binasının qarşısında keçirilən aksiyanın bir neçə iştirakçısını saxlayıb.
Xəbər verdiyimiz kimi, bu gün Gürcüstanda yeni Prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib. 
Gecəni prezident sarayında keçirən eks-prezident Salome Zurabişvili səhər oranı tərk edərək etirazçılara qoşulub. Onun çıxışından sonra aksiya iştirakçıları prezident sarayından parlament binasına doğru gediblər.
Etirazçılardan bir neçə nəfəri polis əməkdaşları tərəfindən saxlanılıb.
Hürr Tərcüman

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью