Tbilisidə aksiyada yaralanan polislərdən birinin vəziyyəti ağırdır

05.10.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı yaralanan polis zabitinin vəziyyəti ağırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə 32 polis əməkdaşı yaralanıb. Onlardan 30 -u yüngül, biri ağır xəsarətlər alıb. Biri isə orta ağır xəsarət alıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью