Tbilisidə aksiyalarda 21 polis yaralanıb VİDEO

02.12.2024

Icma.az, Bizim media saytına istinadən bildirir.

Dekabrın 1-2-də Tbilisidə keçirilən etirazlar zamanı 21 polis yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı  Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.
Qurumun məlumatına görə, son aksiyalar zamanı ümumilikdə 113 polis xəsarət alıb, onların 4-ü hələ də xəstəxanadadır.
DİN aksiya iştirakçılarını qanunu pozmamağa və polisin göstərişlərini yerinə yetirməyə çağırıb.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью