Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə “ART Riverfront Tbilisi” mehmanxanasının açılış mərasimində iştirak ediblər.
XQ xəbər verir ki, paytaxt Tbilisidə Kür çayının sahilində yerləşən mehmanxana müasir dizaynı və incəsənət konsepsiyası ilə seçilir. Obyektdə 152 nömrə, restoran, konfrans zalları və digər xidmət sahələri nəzərdə tutulub.
Mehmanxananın açılışı Azərbaycan və Gürcüstan arasında investisiya, turizm və iqtisadi əməkdaşlığın inkişafı baxımından əhəmiyyət daşıyır.
"ART Riverfront Tbilisi” mehmanxanası Azərbaycanın “Absheron Hotel Group” şirkətinə məxsusdur. Bu şirkət isə “PAŞA Holdinq” qrupuna daxil olan “PAŞA Hospitality” bölməsinin tərkibində fəaliyyət göstərir.