Tbilisidə atışma olub bir nəfər yaralanıb

26.12.2024

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Tbilisinin Dolidze küçəsində silahlı insident yaşanıb.

24News.ge yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Mövcud məlumata görə, hadisə zamanı avtomobildən atəş açaraq gənci yaralayıb, daha sonra isə ərazidən qaçıblar.

Bildirilir ki, sözügedən şəxs tibb müəssisəsinə yerləşdirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma 117-ci və 236-cı (qanunsuz olaraq odlu silah əldə etmə və saxlama) maddələri ilə istintaq başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью