Tbilisidə Azərbaycan universitetlərinin təhsil sərgisi keçirilib

26.11.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tbilisidəki “Swissôtel” otelinin sərgi salonunda Azərbaycan universitetlərinin iştirakı ilə Təhsil Sərgisi təşkil olunub.

Sərgidə Azərbaycanın 10-a yaxın nüfuzlu ali təhsil müəssisəsinin nümayəndələri iştirak edərək universitetlərin tədris proqramları, ixtisasları, qəbul qaydaları, təqaüd imkanları və tələbə həyatı haqqında ətraflı məlumat veriblər.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə mərkəzdə universitetə hazırlıq proqramı çərçivəsində təhsil alan 90-dan çox abituriyent, eləcə də mərkəzin müəllimi Fərzin Məşədiyev sərgidə iştirak edib.

Tədbir çərçivəsində gənclər universitet nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, onları maraqlandıran suallara cavab almaq və ali təhsil müəssisələrinin təqdim etdiyi imkanlarla yaxından tanış olmaq fürsəti əldə ediblər.

Sərginin əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlı gənclərin Azərbaycanın ali təhsil sistemi və mövcud təhsil imkanları haqqında məlumatlılığını artırmaq, onların düzgün ixtisas və universitet seçimində istiqamətləndirilməsinə, eləcə də gələcək təhsil hədəflərinin müəyyənləşdirilməsinə dəstək olmaqdır.

GAİM də gənclərin təhsil imkanlarının genişləndirilməsinə, onların akademik və peşəkar inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью