Tbilisidə bank binasında güclü yanğın VİDEO

03.03.2026

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Gürcüstanın paytaxtı Tbilisi şəhərində bank binasında güclü yanğın baş verməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Bakupost.az xəbər verir ki, “Facebook” və “X” platformalarında paylaşılan videolarda şəhərin Vake rayonunda yerləşdiyi iddia edilən “Liberty Bank” binasından alovun yuxarı mərtəbələri bürüdüyü görünür. İstifadəçilər hadisənin səhər saatlarında baş verdiyini bildirirlər.
Şahidlərin yazdıqlarına görə, əraziyə yanğınsöndürən briqadalar cəlb olunub və ətrafda təhlükəsizlik tədbirləri gücləndirilib. Bəzi paylaşımlarda binadan əməkdaşların təxliyə edildiyi qeyd olunur.
Hazırda xəsarət alanlar barədə rəsmi məlumat yoxdur. Gürcüstanın rəsmi qurumları tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.



Cavid, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью