Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Tbilisinin Poniçala qəsəbəsində partlayış nəticəsində dağıntılar altında bir neçə saat qalan azyaşlı sağ çıxarılıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, xilasedicilər uşağı binanın pəncərəsindən çıxararaq xilas ediblər.
Onun sağ çıxarılması hadisə yerində alqışlarla qarşılanıb.
Məlumata görə, bu səhər yaşayış binasında təbii qazın yığılması nəticəsində partlayış baş verib.
Hazırda dağıntılar altında qalan daha 6 nəfərin, o cümlədən iki uşağın axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
11:53
Tbilisinin Poniçala qəsəbəsində yaşayış binasında baş verən partlayışdan sonra xilasetmə işləri davam etdirilir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, xilasedicilər binanın giriş hissəsini dağıntılardan təmizləyirlər.
Məlumata görə, dağıntılar altında insanların qalması ehtimal olunur.
Bir neçə dəqiqə əvvəl binanın çökmə təhlükəsi səbəbindən təmizləmə işləri müvəqqəti dayandırılıb.
Yerli sakinlər dağıntılar altında yeddi nəfərə qədər insanın, o cümlədən azyaşlı uşaqların qala biləcəyini bildiriblər. Onların sözlərinə görə, bina qəzalı vəziyyətdə olub.
Hadisə yerinə binada yaşayan şəxslərin yaxınları da gəlib.
Partlayışın təbii qazın yığılması nəticəsində baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbi hələlik rəsmən açıqlanmayıb.
Gürcüstanın səhiyyə naziri Mixeil Sarjveladzenin son məlumatına görə, hadisə nəticəsində dörd nəfər, o cümlədən bir azyaşlı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hazırda ərazidə xilasetmə əməliyyatı davam etdirilir.
11:18
Tbilisinin Poniçala qəsəbəsində təbii qaz sızması nəticəsində yaşayış binasında partlayış baş verib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb, biri azyaşlıdır. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Onların hər üçünün huşunun yerində olduğu bildirilib.
Yanıq Mərkəzinin rəhbəri Quqa Kaşibadzenin sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağırdır. O, mərkəzin reanimasiya şöbəsində müalicə olunur.
Hadisə yerində yanğınsöndürmə və xilasetmə xidmətinin əməkdaşları çalışır. Xilasetmə əməliyyatı davam etdirilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin