Tbilisidə dəmir yolu vağzalının ərazisində yanğın baş verib

26.08.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tbilisi, 26 avqust, AZƏRTAC

Avqustun 26-sı səhər Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki dəmir yolu vağzalının ərazisində yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, yanğının söndürülməsi üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

Vağzalın ərazisini qatı tüstü bürüyüb. Bir neçə nəfərin tüstüdən zəhərləndiyi bildirilir, tələfatın olub-olmaması barədə hələlik məlumat verilmir.

Yanğının elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.

Xətayi Əzizov

AZƏRTAC -ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью