Tbilisidə etiraz: aksiyaçılar Kür çayının sahillərini blokladılar VİDEO

11.11.2024

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tbilisidə etiraz yürüşünün iştirakçıları Kür çayının sağ və sol sahillərini bağlayıblar.

Modern.az bu barədə "Georgia Online" nəşrinə istinadən xəbər verir.

Yürüşü təşkil edən “Daitove” qrupunun yaradıcısı Nensi Voland sosial şəbəkə hesabında aksiya iştirakçılarının azlığından şikayət edib.

“Polis bizi dağıdıb, çünki adam azdır və bizi cərimələyirlər”, - o bildirib.

Qeyd edək ki, Tbilisidə bu gün yenidən parlament seçkilərinin nəticələrinə etiraz aksiyaları keçirilib.

Minlərlə etirazçı Tbilisidə Azadlıq meydanını bloklayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью