Tbilisidə etiraz aksiyaları davam edir

01.12.2024

Ayna saytına istinadən Icma.az xəbər verir.

Etirazla əlaqədar prospektdə nəqliyyatın hərəkəti dayanıb

Tbilisidə etiraz aksiyası davam edir. AYNA xəbər verir ki, şəhərin mərkəzi Çavçavadze küçəsini bloklayan etirazçılar ərazidə tonqal qalayıblar.

Mitinq iştirakçıları aksiyanın davam etməsi üçün bir-birlərini yeməklə təmin edirlər. Aksiyanın keçirildiyi əraziyə təkərlər gətirilib.

Etirazla əlaqədar prospektdə nəqliyyatın hərəkəti dayanıb, bir sıra mərkəzi küçələrdə tıxac yaranıb. Əraziyə xüsusi təyinatlı polis qüvvələri cəlb edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью