Tbilisidə etiraz aksiyaları keçirilir İstefa şüarı

06.12.2024

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Tbilisidə Gürcüstan parlamentinin binası önündə etirazçılar toplaşıb.

Teleqraf.com xəbər verir ki, Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

Ötən gün olduğu kimi bugünkü aksiyada da izdimah müşahidə olunmur. Askiya dinc şəraitdə və qarşıdurmasız keçirilir.

Tbilisidə digər etiraz aksiyası Gürcüstanın İctimai kanalının ofisi qarşısında təşkil olunub. İştirakçılar dövlət telekanalından ölkədəki vəziyyəti obyektiv işıqlandırmağı və rəhbər şəxslərin istefasını tələb edirlər.

Qeyd edək ki, sabah saat 17:00-a Tbilisinin mərkəzində aksiyalarda saxlanılan şəxslərin azadlığa buraxılması tələbi ilə həmrəylik yürüşünün keçiriləcəyi elan edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью