Tbilisidə etiraz aksiyaları yenidən başlayıb

07.12.2024

Operativmedia saytına istinadən Icma.az xəbər verir.

"Operativ Media" xəbər verir ki, parlament binasının yerləşdiyi Rustaveli prospektində avtomobillərin hərəkəti bağlanıb.

Çitadze və Çiçinadze küçələri də polis tərəfindən bağlanıb və sözügedən küçələrdə hərəkət məhdudlaşdırılıb.

Parlamentin qarşısına toplaşan mitinq iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirirlər.

Xatırladaq ki, Tbilisidə artıq doqquzuncu gündür ki, etiraz aksiyaları keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью