Tbilisidə etiraz aksiyası toqquşmasız başa çatdı | Icma.az
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Tbilisinin mərkəzində Gürcüstan parlamenti yaxınlığında keçirilən etiraz aksiyası etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olmadan başa çatıb.
Globalinfo.az bildirir ki, bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Cümə axşamı Gürcüstan parlamenti qarşısında növbəti mitinq başlayıb. Aksiya əvvəlki kimi sakit idi.
Bəzi etirazçıların polisə pirotexniki vasitələr atması, həmçinin onlara daş atması halları da olub, lakin təhlükəsizlik qüvvələri Tbilisidəki etirazların ilk altı günündə olduğu kimi cavab tədbirləri görməyib.
Yerli vaxtla saat 03:00 (Bakı saatı ilə eyni vaxtda) radələrində etirazçılar Rustaveli prospektindən dağılışmağa başlayıblar.
Gürcüstanda hökumət əleyhinə nümayişlərin növbəti dalğası noyabrın 28-də başlayıb.
Aksiyaya səbəb Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatı olub.
Tam oxu
Xəbəri oxu