Tbilisidə etiraz aksiyasında 43 nəfər saxlanılıb

29.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Ötən gecə Tbilisidə etiraz aksiyası zamanı 43 nəfər saxlanılıb.

APA-nın Tbilisi bürosu xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb.

Qurumun yaydığı bəyanatda bildirilib ki, parlament binası yaxınlığında keçirilən aksiya zamanı 32 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, onlardan 13-nə cərrahi müdaxilə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью