Tbilisidə etiraz aksiyasında ölkə parlamentinin yerləşdiyi binanın pəncərələri sındırılıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

30.11.2024

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Tbilisidə hakimiyyət əleyhinə növbəti etiraz aksiyasında ölkə parlamentinin yerləşdiyi binanın pəncərələri sındırılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

"Mitinq başlayandan dərhal sonra aksiya iştirakçılarının bəzilərinin hərəkətləri zorakılığa çevrilib, ”, - məlumatda deyilir.

Eyni zamanda, bəzi mitinq iştirakçıları pirotexniki vasitələr, daşlar və müxtəlif ağır əşyalardan istifadə ediblər.

"Bir daha aksiyanın hər bir iştirakçısını öz etirazlarını qanuni, dinc formada bildirməyə və qanunsuz hərəkətlərə əl atmamağa çağırırıq”, - DİN əlavə edib.

///report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью