Tbilisidə etirazçılar parlament binasını pirotexniki vasitələrlə atəşə tutublar

06.12.2024

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Tbilisidə hökumət əleyhinə keçirilən aksiyanın iştirakçıları parlament binasını pirotexniki vasitələrdən atəşə tutublar.

APA xəbər verir ki,, bu barədə “IMEDİ” telekanalı məlumat yayıb.

Bildirilib ki, aksiya gecə boyu sakit davam edib. Heç bir insident qeydə alınmasa da, bir qrup naməlum gənc qəfildən əraziyə pirotexniki vasitələr gətirib və parlamentə atəş açmağa başlayıb.

Parlamentdə və ətrafda səfərbər olan polis hadisəyə reaksiya verməyib.

Hazırda qanunverici orqanın qarşısında vəziyyət stabildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью