Tbilisidə etirazçılar Rustaveli prospektində toplaşır

04.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Gürcüstan parlamenti binası yaxınlığında toplaşan etirazçılar artıq Gürcüstan paytaxtının mərkəzi prospektini bağlayıblar.

APA xəbər verir ki, toplananların əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutduğu bildirilir.

Parlament binasının hər iki tərəfindəki küçələrə polis qüvvələri səfərbər edilib.

Gürcüstan hökumətinin qərarından narazı olan vətəndaşlar artıq yeddinci gündür ki, etiraz aksiyaları keçirirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью