Tbilisidə etirazçılar yenidən toplaşır

04.12.2024

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Gürcüstan parlamentinin binası yaxınlığında toplaşan etirazçılar artıq Gürcüstan paytaxtının mərkəzi prospektini bağlayıblar.

Milli.Az APA-ya istinadən bildirir ki, toplananların Gürcüstan və Avropa İttifaqının bayraqlarını qaldırdığı bildirilir.

Parlament binasının hər iki tərəfindəki küçələrə polis qüvvələri səfərbər edilib.

Gürcüstan hökumətinin qərarından narazı olan vətəndaşlar artıq yeddinci gündür ki, etiraz aksiyaları keçirirlər.
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью